İnsanlara hürriyət, millətlərə istiqlal!

“Subay bacısı olan qardaş dostunu evə gətirməz” - Novxanılı ağsaqqaldan kənd qaydaları - VİDEO

Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında Novxanı sakini Hacı Vasif köhnə adət-ənənələrdən, ailə münasibətlərindən danışıb.

Hacı Vasif deyir ki, indiki dövrdə televiziyaları dava yığıncağına çeviriblər:

“Ailədən, qadınlıqdan xəbəri olmayanlar kimlərəsə dərs keçirlər, namusdan danışırlar. Həya və abır kişidə də, qadında da olmalıdır”.
Onun fikrincə, qızın da, oğlanın da dostu öz ata-anası olmalıdır.

Hacı Vasif bildirib ki, bacısı olan qardaş evə dostunu gətirməz:

“Ola bilər ki, dostunu qardaşı kimi çox istəyir. Amma evdə subay bacısı olan qardaş dostunu evə gətirməz”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR