Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya “Heil-5-23” sualtı nüvə silahını sınaqdan keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Şimali Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Heil-5-23” sualtı nüvə silahı Yaponiya dənizində sınaqdan keçirilib. Bəyan edilib ki, bu, ABŞ, Cənubi Koreya və Yaponiyanın yanvarın 15-dən 17-dək keçirdiyi hərbi dəniz təlimlərinə cavabdır.
Nazirliyin məlumatında eyni zamanda bildirilib: “Biz yeni ilin əvvəlindən ölkənin təhlükəsizliyini ciddi şəkildə təhdid edən ABŞ və onun peyklərinin ehtiyatsız hərəkətlərini qətiyyətlə pisləyir, fəlakətli nəticələr barədə ciddi xəbərdarlıq edirik”.
Nigar HƏSƏNLİ,
Musavat.com
03 Avqust 2025
08:00
Tramp Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün şərt qoyub? – Reuters iddia edir ki...
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ