İnsanlara hürriyət, millətlərə istiqlal!

Həştərxanda yanacaq istehsal edən zavod dayandı – Ukrayna dronları...

Rusiyanın "Qazprom" şirkətinə məxsus Həştərxan Qaz Emalı Zavodu sentyabrın 22-də motor yanacağının istehsalını dayandırıb. Musavat.com Reuters-ə istinadən xəbər verir ki, səbəb pilotsuz təyyarənin hücumundan sonra baş vermiş yanğındır.

Agentliyin sənaye mənbələrinə istinadən məlumatına görə, yanğın gücü ildə 3 milyon metrik ton olan kondensat istehsalı qurğusunu əhatə edib. Qurğu benzin və dizel yanacağı istehsal edir. Onlar həmçinin bildirdilər ki, zavod yalnız bir neçə həftə və ya ay ərzində istehsalı bərpa edə bilər. Nəşr əlavə edib ki, Sankt-Peterburq Əmtəə Birjası bazar ertəsi Həştərxan zavodundan yanacağın topdan satışını dayandırıb.

Xatırladaq ki, zavod dünyanın ən böyük qaz-kimya komplekslərindən biri hesab olunur. Avtomobil benzini, dizel yanacağı, sənaye kükürdü və digər məhsullar istehsal edir. 1985-ci ildən fəaliyyət göstərir və hazırda 5600 nəfər çalışır.

Zavod Xəzər dənizinin yaxınlığında, Ukrayna sərhədindən təxminən 1675 km məsafədə yerləşir. Fevral ayında zavod bir dəfə Ukraynanın pilotsuz təyyarəsinin hücumu səbəbindən fəaliyyətini dayandırmışdı. O zaman ruslar izah edirdilər ki, bağlanma profilaktik xarakter daşıyır, “emissiyaların qarşısını almaq və kimyəvi təhlükəli obyektlərə ziyan vurmamaq üçün”. Lakin orada ciddi yanğın baş vermişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR