İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq: “Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyində haqlıdır”

 

NATO-nun baş katibi Yens Stoltenberq bazar günü Finlandiyaya səfəri zamanı Finlandiya və İsveçin NATO-ya üzvlük iddialarına qarşı çıxan Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarının qanuni olduğunu bildirib.

“Bunlar haqlı narahatlıqlardır. Söhbət terrordan, silah ixracatından gedir”, - deyə Y.Stoltenberq Finlandiya prezidenti Sauli Niinistö ilə Naantali şəhərindəki yay iqamətgahında keçirilən birgə mətbuat konfransında söyləyib.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ay Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Qərbin müdafiə alyansına qoşulmaq üçün müraciət ediblər. Lakin rəsmi Ankara hər iki ölkəni PKK kimi bölücü terror qruplarını dəstəkləməkdə və onlara sığınacaq verməkdə ittiham edib və onların Alyansa daxil olmasına veto qoyub.

NATO Baş katibi Türkiyənin Qara dənizdə Avropa ilə Yaxın Şərq arasında strateji mövqeyinə görə Alyansın əsas müttəfiqi olduğunu vurğulayıb və Rusiyanın fevralın 24-də hücumundan sonra onun Ukraynaya verdiyi dəstəyi xatırladıb.

Yens Stoltenberq mətbuat konfransında ilk dəfə Türkiyənin adını ingiliscə “Türkey” olaraq deyil, türkcə “Türkiye” deyə səsləndirib. 

“Biz yadda saxlamalı və başa düşməliyik ki, heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”,-deyə o, rəsmi Ankaraya dəstəyini nümayiş etdirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR