İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq Putinin Ukrayna ilə bağlı məqsədini AÇIQLADI

“Ukrayna müharibəni bitirəcək danışıqlar üçün hansı şərtlərin məqbul olduğuna özü qərar verməlidir”.

Musavat.com xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Haaqada Niderland hökumətinin üzvləri ilə mətbuat konfransı zamanı deyib.

“İstənilən halda biz onları dəstəkləməliyik”, - deyə Alyans rəhbəri sözlərinə əlavə edib. Yens Stoltenberqin Rusiya ilə bağlı fikirləri maraq doğurub:

“Rusiyanı kiçiltməklə yanıla bilərik. Onlar hələ də Ukraynanın böyük hissəsinə nəzarət edirlər. Rusiya Silahlı Qüvvələri əhəmiyyətli imkanlara malikdir və Ukraynada çoxlu sayda ordu saxlayır. Ruslar eyni zamanda ciddi itkilər verməyə hazır olduqlarını göstərdilər. Önümüzdəki aylar çətin olacaq. Putinin məqsədi Ukraynanı bu qış soyuq və qaranlıqda saxlamaqdır”.

Y.Stoltenberqin sözlərinə görə, bütün bunlar enerji resurslarının şaxələndirilməsinin və kritik infrastrukturların qorunmasının vacibliyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR