Onlayn ictimai-siyasi qəzet
NATO-nun baş katibi Yens Stoltenberq Çini II dünya müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, onun sözlərini “Yomiuri Shimbun” qəzeti sitat gətirib.
Stoltenberqin sözlərinə görə, Çin Rusiyanı PUA və raket istehsalında dəstəkləyir, onu texnologiya və elektronika ilə təmin edir.
NATO-nun baş katibi hesab edir ki, alyans Pekinə təzyiq göstərmək üçün Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə tərəfdaşlığı gücləndirməlidir.
Bundan əvvəl Stoltenberq demişdi ki, Qərb Çinə Ukrayna münaqişəsində Rusiyaya dəstək verdiyi iddiasına görə “ödəniş” verməlidir. Stoltenberqin sözlərinə görə, Si Cinpin “sanksiyalardan qaçmaq üçün bu münaqişədə arxa plana keçdiyinə dair təəssürat yaratmağa” çalışır.
NATO-nun baş katibi qeyd edib ki, əgər nə vaxtsa Pekin öz kursunu dəyişməzsə, Qərb onu bədəl ödəməyə məcbur etməlidir.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ