İnsanlara hürriyət, millətlərə istiqlal!

Stiven Siqalın “Mən rusam” açıqlaması gündəm oldu

Aktyor, rejissor, prodüser Stiven Siqal yüz faiz rusofil, milyon faiz rus olduğunu deyib.

Musavat.com “RİA Novosti”yə istinadən bildirir ki, Stiven Siqal bunu Beynəlxalq Russofillər Hərəkatının təsis qurultayında iştirak edərkən bildirib.

O qeyd edib ki, atası rus əsillidir: “Anam da rus mədəniyyətinə qərq olmuşdu. Atam savadlı insan idi və biz rus ədəbiyyatını, mədəniyyətini, adət-ənənələrini, bütün böyük müəllifləri tanıyırdıq. Mən yüz faiz rusofiləm və milyon faiz rusam”.

Xatırladaq ki, bu il fevralın sonunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Stiven Siqalı “Dostluq” ordeni ilə təltif edib.

Siqal Rusiya vətəndaşıdır. 2018-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsidir. Amerika və Rusiyadan başqa, Siqal həmçinin, Serbiya vətəndaşıdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR