İnsanlara hürriyət, millətlərə istiqlal!

“Starlink”in Azərbaycandakı qiymətləri - 90, 170 manat

Xəbər verildiyi kimi, dünyanın ən məşhur texnoloji təşəbbüslərindən biri olan “SpaceX” şirkətinin peyk internet xidməti “Starlink” artıq Azərbaycanda da fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə rəsmi məlumat “Starlink”in “X” platformasındakı səhifəsində paylaşılıb.

Bildirilir ki, “Starlink”in yüksək sürətli və az gecikməli internet xidməti artıq Azərbaycan ərazisinin böyük hissəsində aktivləşdirilib. Paylaşılan xəritədə ölkənin demək olar ki, bütün bölgələri – Bakıdan Naxçıvana, Lənkərandan Qazaxa qədər “Starlink”in xidmət zonasına daxil edilib.

Artıq yeni peyk şəbəkəsi ilə bağlı sosial şəbəkələrdə müzakirələr başlayıb. Vətəndaşlar bu şəbəkəyə qoşulmaq üçün aylıq məbləğin minimum 80 AZN olduğunu, bu səbəbdən yerli provayderlərin də qiymətləri qaldıracağını güman etdiklərini bildiriblər.

İnternet üçün standart “Starlink” modemi 670 AZN, qurğunun çatdırılması isə 50 AZN-dir. Bu xidmət mobil nömrə, optik xətt olmadan birbaşa peyk vasitəsilə internetə çıxışı təmin edir.

ELVİN SOM.jpeg (30 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, “Starlink” həm şəxsi, həm də biznes istifadəçiləri üçün fərqli plan tətbiq edib:

“Burada həm limitli, həm də limitsiz paketlərdən söhbət gedir. Limitsiz paketlər 80-100 manata, limitli paketlərdə isə 50 gigabaytlıq internet paketi 90 manata başa gəlir. Limitsiz paketlərdə fərdi istifadəçilər üçün 170 manata internet təklif olunur.

Biznes paketləri üçün 50 gigabaytdan başlayaraq 2 terabayta qədər təkliflər edilir”.

Ekspert bildirib ki, “Starlink”in internet xidmətindən istifadə etmək üçün Starlink.com saytından qeydiyyatdan keçmək lazımdır:

“Vətəndaş orada özünə hesab açmalı, istifadə edəcəyi paketi seçməlidir. Daha sonra isə istifadə edəcəyi modemi sifariş verməlidir. Modem Azərbaycana gəldikdən sonra rahatlıqla “Starlink”in internetindən yararlana bilər”.

“Starlink”in hansı ərazilərdə istifadəsi daha faydalıdır?

Elvin Abbasov deyib ki, peyk internetdən istifadə fiber optik texnologiyaların olmadığı yerdə daha məntiqlidir.

“Yaşayış yerlərinin və fiber optik xətlərin olmadığı yerlərdə peyk internetindən istifadə edilə bilər. Məsələn, hansısa bir fermer fermasında bu internetdən istifadə edə bilər. Dəniz səyahəti üçün də faydalıdır.

Düşünürəm ki, qiymətlər də çox baha deyil”, - deyə ekspert əlavə edib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR