İnsanlara hürriyət, millətlərə istiqlal!

Tesla Çində yeni modelin satışına başladı

Tesla yenilənmiş altı nəfərlik elektrik krossoveri Y L modeli Çində satışa çıxarılıb. Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki,  avtomobilin qiyməti 339 min yuan (47 min dollar) təşkil edir.

Qeyd olunur ki, indidən sifarişlər qəbul olunur, lakin çatdırılma sentyabrda başlayacaq.

Model Y-nin standart versiyası ilə müqayisədə yeni model 179 mm uzun və 44 mm yüksəkdir, eni isə dəyişməz olaraq qalır: Model Y L-nin uzunluğu təxminən 4,98 m, eni 1,92 m, hündürlüyü isə 1,67 m-dir. Tam ötürücülü krossover 100 km/saat sürəti 4,5 saniyəyə yığır və maksimal sürəti 201 km/saat təşkil edir.

Çin CLTC standartına uyğun olaraq elektromobilin hərəkət məsafəsi 751 km-dir. Avtomobil Şanxaydakı Tesla Gigafactory-də istehsal olunur.

Teslanın Çində satışları ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalıb. Şirkət 263 min avtomobil, o cümlədən 171 mini Model Y satıb. Bu avtomobil, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına görə, Çində üçüncü ən populyar avtomobil olub.

Qeyd edək ki, Şanxayda Tesla elektrik avtomobilləri zavodu yerləşir. Onun tikintisinə dair müqavilə 2018-ci ilin iyulunda imzalanıb. Şanxay Pilot Azad Ticarət Zonasının Linqanq rayonunda yerləşən zavodun birinci mərhələsi 2019-cu ilin sonuna qədər cəmi bir il ərzində tikilib. Bu layihəyə ümumi investisiya təxminən 50 milyard yuan (təxminən 7 milyard dollar) təşkil edəcək.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR