İnsanlara hürriyət, millətlərə istiqlal!

“Magistratura yerlərinin boş qalması gələcək üçün risk siqnalıdır”

Bu il Azərbaycanda magistratura yerlərinin böyük hissəsi boş qalıb və gənclərin magistraturaya marağı əvvəlki illərə nisbətən azalıb.

Təhsil eksperti İlqar Oruc Musavat.com-a açıqlamasında bildirir ki, bunun əsas səbəbləri gənclərin praqmatik düşüncəsi, iş bazarında magistratura diplomunun fərq yaratmaması və magistratura təhsilinin keyfiyyətindəki çatışmazlıqlardır:

“Gənclər daha çox praqmatikdirlər, əlavə təhsil almaq üçün vaxt və resurslarını dəyərləndirirlər. İşə qəbul zamanı bakalavr və magistr təhsilli şəxslər arasında ciddi fərq qoyulmur. Buna görə də gənclər düşünür ki, iki il əlavə təhsil almaq əvəzinə, bu vaxtı digər fəaliyyətlərə sərf etmək daha məqsədəuyğundur”.

Ekspert qeyd edib ki, magistratura təhsili dərin ixtisas bilikləri üçün əvəzsizdir. Lakin ölkədə proqramların məzmunu və keyfiyyət məsələləri gənclərin marağını azaldır:

“Bakalavr və magistr təhsili arasında fərq nəzərə çarpmır, magistr işləri formal xarakter daşıyır. Buna görə də bir çox seçilmiş gənclər xaricə üz tutur. Əslində, universitetlər və dövlət düşünməlidir ki, vətəndaşlar nə qədər savadlı və ixtisaslı olsalar, dövlət üçün fayda da bir o qədər böyük olar”.

İlqar Oruc sonda bildirib ki, magistratura təhsilinin keyfiyyətinin artırılması gənclərin marağını yüksəldə bilər və gələcək üçün önəmli rol oynayacaq.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR