Onlayn ictimai-siyasi qəzet
Son illərdə Xəzər dənizində suyun səviyyəsinin enməsi ciddi narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, bu, həm ekoloji tarazlığa, həm də region ölkələrinin iqtisadi fəaliyyətinə təsirsiz ötüşməyə bilər.
Ekoloq Ənvər Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, prosesin əsas səbəblərindən birinin Volqa çayının su topladığı ərazilərdə quraqlıqlar olduğunu qeyd edir:
"Volqa çayı Xəzərin su ehtiyatının 80-85 faizini təşkil edir. Lakin həmin ərazilərdə ciddi quraqlıq hökm sürdüyündən, Xəzərin səviyyəsi sürətlə aşağı düşür. Atlantik okeanından gələn rütubətli hava kütlələri, adətən, bu ərazilərə yağıntı gətirir. Amma son aylar həmin təsir zəifləyib. Azor antisiklonunun fəallığı da bu prosesə təsir edir. Azərbaycan ərazisi normal rütubət ala bilmir və bu da Xəzərin səviyyəsinə mənfi təsir göstərir”, - deyə ekoloq qeyd edib.
Ənvər Əliyev əlavə edib ki, yaxın aylarda vəziyyətin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir:
“Hələlik dəqiq söz demək olmaz. Əsas göstərici Xəzərin su balansıdır. Görünən odur ki, səviyyənin tərəddüdü davam edəcək”.
Sultan Məmmədli
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ