İnsanlara hürriyət, millətlərə istiqlal!

Şri-Lankada daha bir nazir istefa verib

Şri-Lankanın kənd təsərrüfatı naziri istefa verib.

APA-nın Adaderana portalına istinadla xəbərinə görə, nazir Mahinda Amaravira bu addımı prezidentin istefa verəcəyinə dair xəbərlər yayıldıqdan sonra atıb.

Amaravira bildirib ki, Hindistandan gələn 40 000 ton gübrəni qəbul etdikdən sonra səlahiyyətlərinin icrasını dayandıracaq. Yükün günün ikinci yarısında ölkəyə çatması gözlənilir.

Qeyd edək ki, ötən gün Şri-Lankada 4 nazir istefa verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR