İnsanlara hürriyət, millətlərə istiqlal!

Şri-Lanka Ukraynada öldürülən vətəndaşlarına görə Rusiyadan təzminat tələb edir

Şri-Lankanın xarici işlər naziri Tharaka Balasuriya iyunun 26 və 27-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ilə görüşüb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Şri-Lanka Xarici İşlər Nazirliyi görüşdə döyüş zamanı həlak olan 17 Şri-Lanka vətəndaşı, həmçinin ölən və yaralananlara təzminat ödənilməsi, əlaqə saxlamaq mümkün olmayan Şri-Lanka vətəndaşlarının vəziyyəti, könüllü qayıtma imkanları, habelə müqavilələrə vaxtından əvvəl xitam verilməsi məsələlərin müzakirə edildiyini açıqlayıb.

Şri-Lanka müharibədə iştirak edən Şri Lankalıların problemlərini həll edəcək işçi komitə yaratmağı təklif edib.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Svetlana Jurova Lenta.ru-ya müsahibəsində Şri-Lanka hakimiyyətinin Rusiyadan Ukraynadakı müharibə zamanı həlak olan və yaralanan xarici hərbçilərə təzminat ödəməsi tələbini şərh edib. Onun sözlərinə görə, bu məsələ ən yüksək səviyyədə həll olunmalıdır.

Jurova Moskvanın müharibəyə digər ölkələrdən də insanları cəlb etdiyini xatırladıb.

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri qeyd edib ki, belə bir məsələyə sistemli yanaşma lazımdır, çünki Ukraynada təkcə Şri-Lankadan olan muzdlular döyüşmür: “Belə vəziyyətdə bir ölkədən olan könüllülərə kompensasiya verib digərlərinə verməmək düzgün olmazdı. Qərar yüksək səviyyədə prezident və müdafiə naziri tərəfindən qəbul edilməlidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR