İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqunun kürəkəni Yuri Dudun müharibə əleyhinə paylaşımını bəyəndi, sonra...

Videobloger Aleksey Stolyarov məşhur yutuber Yuri Dudun İnstaqramda Putinin “qanlı müharibəsi” ilə bağlı paylaşımını bəyənib.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” portalı məlumat yayıb.

İstifadəçilərdən biri Alekseyi ağır ifadələrlə satqın adlandırıb. Stolyarov həmin bəyənməni silib və onu təhqir edənləri “Z-Zibil” adlandırıb. Daha sonra Aleksey ümumiyyətlə heç nəyi bəyənmədiyini və heç kimə heç nə yazmadığını bildirib.

“Özünüzü fotoşop ilə manipulyasiya etməyə imkan verməyin. Hamını qucaqladım!”, - Stolyarov yazıb.

Kürəkənin bu səhvi təbii ki, qayınata Sergey Şoyqunun düşməni, “Vaqner” ÖHŞ-nin qurucusu Yevgeni Priqojinin diqqətindən yayınmayıb. Priqojinin sözlərinə görə, artıq Stolyarovu Ukraynaya müharibəyə göndərməyin vaxtı gəlib çatıb.

“Stolyarovu tutub mənim yanıma gətirin. Mən ona 6 həftə təlim keçəcəm və özüm də “Z-Zibil” olduğum üçün onu döyüş əməliyyatlarına göndərərək təkmilləşməsinə kömək edəcəm”, - deyə Priqojin yazıb.

Yevgeni Priqojinə yaxın media kürəkənin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə qarşı çıxan rejissor Aleksandr Moloçnikov və “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun müsahibəsini bəyəndiyini ortaya çıxarıb.

Qeyd edək ki, bu ilin yanvar ayında “The Insider” saytı Kseniya Şoyqu (müdafiə nazirinin qızı) və Aleksey Stolyarovun Yeni il tətilini Dubayda keçirdikləri barədə məlumat yayıb. Gənc cütlüyün Dubaydakı hoteldə ən azı yarım milyon rubla otaq icarəyə götürdükləri məlum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR