İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu, Gerasimov və rus komandirlər YOXA ÇIXDI - ŞOK DETALLAR

Moskvanı çaş-baş salan Vaqner üsyanından sonra yüksək rütbəli komandirlərin və idarəçilərin günlərlə yoxa çıxması suallar yaradır. İddia olunur ki, onların hamısı “sədaqət” sınağından keçirilib və Rusiya lideri Putin etibar etmədiyi adamları həbs etdirib.

Musavat.com xəbər verir ki, “Moscow Times” qəzeti Ukraynadakı müharibəyə rəhbərlik etmiş “Hələb qəssabı” ləqəbli general Sergey Surovikinin həbs olunaraq Federal Təhlükəsizlik Xidmətinin (FSB) Lefortovo həbsxanasına aparıldığını iddia edib.

Qəzetin yazdığına görə, çevrilişə cəhd gecəsi Surovikin özünü xilas etmək üçün saxlandığı həbsxanadan Vaqnerin rəisi Yevgeni Priqojinə “Moskva yürüşünü dayandır” deyə çağırış edib.

Kreml Surovikinin vəziyyəti ilə bağlı suala belə cavab verib: “Bizdə heç bir məlumat yoxdur, sizin həmsöhbətiniz Müdafiə Nazirliyi olmalıdır”.

ruskom.jpg (64 KB)

Bildirilir ki, Surovikinin müavini general Andrey Yudi də saxlanılıb, lakin dünən Rusiya komandiri meydana çıxıb və “İddialar əsassızdır” deyib. Digər tərəfdən, qiyamda iştirak edən Tula vilayətinin rayon qubernatoru Aleksey Dyuminin də taleyi qeyri-müəyyəndir. İddia edilir ki, Priqojin Moskvanı tutsaydı, Dyumin Rusiya rəhbərliyinə oynayacaqdı.

Həbsdə olduğu düşünülən Dyumin 2014-cü ildə Krımın ilhaqına rəhbərlik edib.

İğtişaşdan sonra bir dəfə Putinlə şəkil çəkdirsə də, müdafiə naziri Sergey Şoyqu da günlərdir görünmür.

Priqojin Şoyqunun istefasını istəməsi səbəbindən Moskvaya yürüş edib və müqavilədə onun geri dönməsi üçün istefa bəndinin də olduğu ortaya çıxıb.

Bundan əlavə, Baş Qərargah rəisi Valeri Gerasimov da bir həftədir ki, ictimaiyyət qarşısına çıxmır.

649e0a424e3fe021a87ebf7d.jpg (52 KB)

Rusiyanın Yaxın Şərq və Afrika əməliyyatlarına ciddi töhfə verən Vaqnerin silahlarını Putinə yönəltməsi bu ölkələrdəki fəaliyyətlərin nəticəsini qeyri-müəyyənliyə sürükləyib. ABŞ-ın “Wall Street Journal” (WSJ) nəşrinin xəbərinə görə, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Dəməşqə uçaraq, Suriya prezidenti Bəşər Əsədi hadisələrlə bağlı məlumatlandırıb. Görüş zamanı Verşinin Vaqner döyüşçülərinin Moskvanın icazəsi olmadan Suriyanı tərk etməsinə icazə verilməməsini tələb edib.

Suriyadan qalxan Rusiya dövlət təyyarəsinin Vaqnerin aktiv olduğu Afrika ölkəsi Maliyə getdiyi də deyilir. Mali hökuməti ölkənin təhlükəsizliyini qorumaq üçün muzdlulara ayda 10 milyon dollar ödəyir. ABŞ kəşfiyyatının hesabatına görə, Rusiya Afrikadakı “Vaqner” silahlılarına “bazalarında qalmağı” tapşırıb. Moskvadan Mərkəzi Afrika Respublikasının prezidenti Faustin-Archange Tuaderaya xüsusi telefon zəngi edilib. WSJ-nin hesabatına görə, bütün bu fəaliyyət Putinin Vaqnerə tam nəzarəti ələ keçirmək səylərinin bir hissəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR