İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sovetski" sakini: "Uşağın doğulmağına bir ay qalmış həyat yoldaşımı evdən qovdum" - VİDEO

Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışın qəhrəmanı "Sovetski" sakini Şükufə Musayeva olub.

Zəhmətkeşliyə uşaqlıqdan öyrəşdiyini vurğulayan Şükufə xanım 4-cü sinifdən alverlə məşğul olduğunu bildirib:

"Bu mənim qanımda idi. Qab-qacaqdan tutmuş, geyim əşyalarına qədər anamın gətirdiyi hər şeyi satırdım. İstədiyimi yeyə, geyinə bilirdim. Çox gözəl günlər idi. Elə bilirdik, heç bir dərdimiz yoxdur".

40 yaşında ailə qurduğunu deyən Bakı sakini həmin günləri xatırlayıb:

"Yetim insanla evləndim, toyum olmadı. Onu işə də düzəltdim. Amma mənə çox yalan danışdığına görə ayrıldım. Hamilə idim. Uşağın doğulmağına bir ay qalmış həyat yoldaşımı evdən qovdum".

Dağlıların toylarından da danışan Ş.Musayeva ovaxtkı məclislərin yerinin tam başqa olduğunu qeyd edib:

"Yasamalda keçirilən toylarda çox məşhurla rastlaşmışam. Məsələn, Nazpəri Dostəliyeva, Səbinə İlyasova, Brilyant Dadaşova. Bir dəfə toyda hind filmindən olan bir rəqsi oynamışdım. Brilliant Dadaşova çox bəyənmişdi".

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR