Onlayn ictimai-siyasi qəzet
“Facebook” və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Musavat.com xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
***
Sosial şəbəkələrin işində yaranan problem aradan qaldırılıb.
Musavat.com xəbər verir ki, hazırda istifadəçilərin öz hesablarına daxil olması mümkündür.
***
Hazırda Meta şirkətinə məxsus "Facebook", "İnstagram" və "Thread" sosial şəbəkələrində problem yaşanır.
Musavat.com xəbər verir ki, hesaba daxil olmaqda yaşanan çətinlik aradan qalxsa da, texniki problem davam edir.
"Menyu hazırda mövcud deyil. Bu, düzəltməyə çalışdığımız texniki xətaya görə ola bilər" - hesaba daxil olduqdan sonra qeyd edilir.
***
Hazırda "Facebook" sosial şəbəkəsində problem yaşanır.
Musavat.com xəbər verir ki, istifadəçilərin hesablarından çıxış edilib və yenidən daxil olmaq mümkün deyil.
Sosial şəbəkəyə daxil olmaq istədikdə xəta baş verir.
Qeyd edək ki, oxşar hal "Meta" şirkətinə məxsus digər sosial şəbəkələr - "İnstagram" və "Thread"da da yaşanır.
Problemin nədən qaynaqlandığı məlum deyil.
Qeyd edək ki, xəta təkcə Azərbaycan ərazisini deyil, bütün dünya ölkələrini əhatə edir.
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ