Onlayn ictimai-siyasi qəzet
Türkiyədə sosial media vasitəsilə 'ev heyvanlarını sahiblənmə' adı altında 110 milyon 255 min 279 TL dələduzluq etdiyi müəyyən edilən cinayət təşkilatına qarşı əməliyyat keçirilib.
Musavat.com xəbər verir ki, əməliyyat zamanı saxlanılan 43 şübhəlidən 33-ü həbs edilib.
Sözügedən əməliyyat Kocaelinin 7 vilayətində keçirilib.
Əməliyat zamanı ev və iş yerlərində aparılan axtarışlar zamanı cinayət elementləri və külli miqdarda material ələ keçirilib.
Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilərdən 33-ü məhkəmə tərəfindən həbs edilib. Şübhəlilərdən 7-si məhkəmə nəzarəti şərti ilə, 3-ü isə prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb.
Musavat.com
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ