İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda İsraillə əlaqədə suçlanan altı nəfər edam edildi

İranda daha bir səs-küylü edam dalğası həyata keçirilib.

Musavat.com xəbər verir ki, ölkə hakimiyyəti İsraillə əməkdaşlıqda günahlandırılan altı nəfərin dar ağacından asıldığını açıqlayıb.

Məlumata görə, edam olunan şəxslər bir sıra terror aktlarında, o cümlədən dörd təhlükəsizlik əməkdaşının qətli və Xorrəmşəhr şəhərində törədilmiş partlayışda təqsirləndiriliblər. Onlardan biri — Bəhman Çubi-asl — İran rəsmiləri tərəfindən “ölkədəki ən önəmli İsrail casuslarından biri” adlandırılıb.

Son aylar Tehranın bu istiqamətdə addımları intensivləşib. Belə ki:

  • iyunda “Mossad”la əməkdaşlıqda və qətllərdə istifadə olunan avadanlığın qaçaqmalçılığında suçlanan üç nəfər edam olunub,

  • avqustda isə bir nəfər İranlı nüvə alimi barədə məlumat ötürməkdə günahlandırılaraq asılıb.

Beləliklə, yalnız son bir neçə ayda İsraillə əlaqədə suçlanaraq edam olunanların sayı 10-a çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR