İnsanlara hürriyət, millətlərə istiqlal!

"100 ilin ən böyük təhlükəsi" – başına 50 milyon dollar kəsilmiş Maduro ABŞ-ni belə sayır

Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ABŞ narkotik ticarəti ilə mübarizədə deyil, ölkəsinin neftində maraqlıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, Vaşinqtonu “imperiya maraqlarını” qorumaqda ittiham edib.

Maduro Venesuelanın dünyanın ən böyük neft ehtiyatlarına malik ölkəsi olduğuna diqqət çəkib. O, iddia edib ki, Birləşmiş Ştatlar Hollivuddan və mediadan uydurma hekayələr tirajlamaq və öz hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edir.

Prezident narkotik ticarəti ilə bağlı ittihamları rədd edib və bildirib ki, Kolumbiya narkotiklərinin yalnız 5%-i Venesueladan keçir. Maduro həmçinin ABŞ-nin hərbi qüvvələrinin bölgədə yerləşdirməsini “son 100 ildə qitə üçün ən böyük təhlükə” adlandırıb.

ABŞ prezidenti Donald Tramp da öz növbəsində Venesuela liderinə qarşı ittihamlarda israrlıdır. O, daha əvvəl Maduronu ələ keçirilməsi üçün 50 milyon dollar mükafat təyin etdiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR