Onlayn ictimai-siyasi qəzet
Baltik dənizində gərginlik artır.
Musavat.com xəbər verir ki, Danimarkanın hərbi kəşfiyyatı Rusiya hərbi-dəniz qüvvələrini ardıcıl təxribatlarda ittiham edib.
Məlumata görə, Rusiya gəmiləri Baltik dənizini Şimal dənizi ilə birləşdirən boğazlarda dəfələrlə aqressiv hərəkətlərə yol veriblər. Onlar arasında:
Danimarka təyyarələri və gəmilərinə silah tuşlamaq,
toqquşma təhlükəsi yaradan manevrlər etmək,
naviqasiya sistemlərini boğmaq kimi hallar qeyd olunub.
Danimarka tərəfi baş verənləri açıq şəkildə “təxribat” adlandırır və vəziyyətin nəzarətdən çıxmaması üçün NATO müttəfiqlərini də məlumatlandırır.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ