İnsanlara hürriyət, millətlərə istiqlal!

Anna Akopyan Ərdoğanın kitabını oxudu – “Daha ədalətli dünya mümkündür”

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan maraqlı açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Akopyan “Facebook” hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “A fairer world is possible” (“Daha ədalətli dünya mümkündür”) adlı kitabını oxuyub bitirdiyini bildirib.

Onun sözlərinə görə, kitabı elmi araşdırmaları ilə paralel oxuduğu üçün bu, müəyyən vaxt aparıb. Akopyan vurğulayıb ki, əsərdə əsas diqqət BMT Təhlükəsizlik Şurasının islahatına, daimi üzvlərin imtiyazlarının azaldılmasına və təşkilatın real mexanizmlərlə gücləndirilməsinə yönəlib.

Ərdoğan kitabda məşhur tezisini – “Dünya beşdən böyükdür” – bir daha önə çəkərək, mövcud beynəlxalq sistemin ədalətsiz olduğunu qeyd edib. Əsərdə həmçinin aclıqdan əziyyət çəkən 820 milyon insan, 260 milyon miqrant, 80 milyondan çox məcburi köçkün və 25 milyon qaçqın barədə statistika təqdim olunub.

Akopyan yazıb: “Əminəm ki, Ermənistan alimləri bu kitabı dərhal öyrənəcəklər. Beynəlxalq münasibətlərdən kənarda olanlar üçün də maraqlı bir əsərdir – qonşu ölkənin prezidentinin nə yazdığını bilmək vacibdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR