Onlayn ictimai-siyasi qəzet
Rusiyada tanınmış iş adamı İbrahim Süleymanov barəsində ağır ittihamlar irəli sürülüb.
Musavat.com xəbər verir ki, bu barədə RIA Novosti-yə Moskva və Moskva vilayəti üzrə hüquq-mühafizə mərkəzinin rəhbəri Aleksandr Xaminski məlumat verib.
Məlumata görə, Süleymanova iki qətl və bir qətl cəhdində iştirakla bağlı rəsmi ittiham elan olunub. Hazırda istintaq işi davam edir və ittihamlar sübuta yetiriləcəyi halda, milyarder ömürlük həbs cəzası ilə üz-üzə qala bilər.
Bu xəbər Rusiya ictimaiyyətində böyük rezonans yaradıb və yaxın günlərdə məhkəmə prosesi ilə bağlı əlavə detalların açıqlanacağı gözlənilir.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ