İnsanlara hürriyət, millətlərə istiqlal!

Faciəvi şəkildə ölən müğənninin övladlarından ŞOK AÇIQLAMALAR – “Anamızın məzarını ziyarət edə bilmirik, çünki...” - VİDEO

Yalovadakı evinin eyvanından yıxılaraq həyatını itirən “Güllü” kimi tanınan müğənni Gül Tutun ölümü ilə bağlı övladları Tuğberk Yağız və Tuğyan Ülkem Gülter ifadə verib.

Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, Yalova Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində məhkəməyə gələn Tuğberk Yağız, Tuğyan Ülkem və hadisə zamanı evdə olan Sultan Nur Ulu vəkilləri ilə birlikdə izahat veriblər.

Təxminən 5 saat davam edən ifadəalma prosesində Yalova baş prokuroru Duygu Bayar Öksüz şəxsən iştirak edib. Proses zamanı Güllünün övladları və Ulu hadisə günü baş verənləri izah ediblər.

Sənətçinin oğlu həmin gün İstanbulda olduğunu bildirib. Bacısının zəngindən sonra Çınarcığa gəldiyini deyib.

Müğənninin qızı Tuğyan Ülkem Gülter isə hadisə günü evin salonunda birlikdə əyləndiklərini, gözəl bir axşam keçirdiklərini, daha sonra otaqlarına çəkildiklərini və anasının yanlarına gəldikdən sonra faciənin baş verdiyini söyləyib.

Güllünün övladları daha sonra jurnalistlərin suallarını cavablandırıblar.

Tuğberk Yağız Gülter deyib:

“Türkiyəyə səslənirəm. Bizə acımızı yaşamağa imkan vermədiniz. Bizə iftira atdınız. Siz anamın mahnıları ilə ağladınız, amma bizə ağlamağa imkan vermədiniz, əksinə, süründürdünüz. Kamera tutan, mikrofon uzadan, şərh yazanların heç birinin anası ölmədi? Səsimizi niyə eşitmirsiniz? Bizim göz yaşımıza niyə şərik olmursunuz? Daha anamın məzarını ziyarət belə edə bilmirik. Hər kəs orada toplaşdığı üçün anamın məzarına sarılıb ağlaya bilmirik”.

Tuğyan Ülkem Gülter isə bildirib:

“Haqqımı halal etmirəm. Əminəm ki, anam da danışanlara haqqını halal etməyib. Onlar anamın sümüklərini sızlatdılar. Onsuz da hər şey aydındır, amma bizə acımızı belə yaşamağa imkan vermədilər”.

Qeyd edək ki, 51 yaşlı müğənni Gül Tut sentyabrın 26-da Çınarcıkdakı evinin eyvanından yıxılaraq həyatını itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR