İnsanlara hürriyət, millətlərə istiqlal!

Sorosun hördüyü media toru ilə bağlı SENSASİON İDDİALAR: Dünya hadisələri onun istədiyi kimi işıqlandırılıb?

Siyasi infrastrukturları ilə bütün dünyada şəbəkə toru hörmüş, bunun üçün də 32 milyard dollar maliyyə xərcləmiş “Açıq Cəmiyyət” imperiyasının sahibi Jorc Soros və onun fəaliyyəti haqqında geniş məlumatlar olan araşdırma Azərbaycan mediasında keçən ay dərc edilib.

https://musavat.com/news/corc-soros-zamaninin-mavri-aciq-cemiyyet-imperiyasinin-sahibi_943790.html

“Forbes” dərgisinin məlumatlarına əsasən, 8,6 milyard xalis sərvətə malik Sorosun qlobal səviyyədə siyasi proseslərə təsir imkanları əldə etmək üçün 32 milyard dollar vəsait xərcləməsi və detalları haqqında məlumatlar yazıda əksini tapıb.

Jorc Soros haqqında daha bir araşdırma ilə bu günlərdə ABŞ-da fəaliyyət göstərən Media Araşdırmalar Mərkəzi çıxış edib.

Araşdırmada  “Açıq Cəmiyyət” imperiyasının sahibi, milyarder Jorc Sorosun dünya üzrə 250-dən çox media təşkilatı ilə əlaqədə olması haqqında məlumatlar əksini tapıb.

Bu isə o deməkdir ki, milyarder Jorc Soros təkcə siyasi proseslərə təsir etmək üçün qlobal siyasi infrastrukturlar qurmamış, həm də beynəlxalq gündəm diqtə etmək, fikir formalaşmasında iştirak etmək üçün  həm də  qlobal və regional media şəbəkəsi, media sistemləri toru hörmüşdür. 

190530071031-01-george-soros-fil (1).jpg (626 KB)

Ən yeni tarixdə beynəlxalq münasibətlərin yeni aktorları kimi bütün dünyaya səpələnmiş  qlobal media təsisatların olması və bu təsisatların qlobal gündəm diqtə etməklə  dövlətlərin və cəmiyyətlərin siyasətinə təsir göstərməsi heç kimə sirr deyil.

Son on ilikkdə kütləvi informasiya vasitələrinin  aktiv transformasiyası prosesi getfi  və burda da əsas müəyyənedici funksiya iqtisadi amillər rol oynadı.

Məhz iqtisadi amillər üzərindən qlobal media təsisatları siyasi gündəm müəyyən etmək,  qərarların qəbulunu sürətləndirmək, müəyyən siyasi fəaliyyətləri məhdudlaşdırmaq təşəbbüsləri ilə dövlətlərin siyasətinə təsir imkanları əldə etdi.

Bu xüsusda , ABŞ-dakı Media Araşdırmalar Mərkəzinin dərc etdiyi, Jorc Sorosun qlobal səviyyədə iri 253 media orqanının dünya hadisələrini onun istədiyi kimi işıqlandırması üçün ümumilikdə 131 milyon dollar xərclədiyini haqqında iddialar olan araşdırması diqqət çəkir.

https://www.foxnews.com/video/6318235556112  

Araşdırmada 131 milyon dolların xərclənmə ünvanı,  media işçiləri, reportyor və teleaparıcılardan tutmuş redaktorlar və media menecerlinə  paylanılması, mexanizmləri, sxemləri və s. haqqında faktlar göstərilib.

Detallarına keçməzdən öncə onu qeyd edim ki,  Jorc Sorosun jurnalistika tarixi onun hələ  Macarıstanda yaşadığı vaxtlara təsadüf edib.

Memuarlarında o yazır ki, media fəaliyyətinə hələ  Dyerd Şoroş adını daşıdığı vaxtlarda başlayıb. İlk media təcrübəsi  Ailəsinin yay tətilini keçirdiyi Lupa adasının şərəfinə adlandırdığı "The Lupa News" nəşrinin baş redaktoru, naşiri və satıcısı kimi fəaliyyəti olub. Soros o vaxtlar hələ dördüncü sinifdə oxuyurdu.

Media Araşdırmalar Mərkəzi - MRC –in araşdırmasındakı faktlardan aydın olur ki,  milyarder Corc Soros Aşıq Cəmiyyət institute ilə əlaqəli media qruplara verdiyi nağd pul vasitəsilə ABŞ-da və xaricdə nüfuzlu media və onların simalarının xidmətlərindən istifadə edib.

1495829654_0036782070_1920x0_80.jpg (311 KB)

Sorosun  öz qlobal media şəbəkəsi vasitəsi ilə  iqtisadiyyat,  radikal femenizm, ekoloji ekstremizm və LGBT təəssübkeşliyi ilə bağlı radikal gündəmini yaymaq üçün media təsisatlara 131 milyon dollardan çox  vəsait ödəyib.

Bu maliyyənin hesabına Soros media sxemində  nağd  ödənişlər vasitəsi ilə ABŞ-da və xaricdə  ən güclü media xadimlərinin xidmətindən istifadə edib.

Maliyyəsi hesabın ABŞ-da və  qlobal yayım  media təsisatlarında işləyən nüfuzlu jurnalistlər, aparıcılar, köşə yazarları, redaktorlar, xəbər saytlarının rəhbərləri  və s. ibarət media şəbəkəni uzun illər qlobal gündəm diqtə edə bilmək üçün səfərbər edib.

 Təcüblüsü odur ki, ABŞ müstəqil media ruporları hesab olunan ABC, CBS, NPR, Bloomberg News, Reuters, The New York Times media nəhəngləri də bu siyahıda yer alır.

Sadaladığım və bir sıra digər nəşrlərlə əlaqəli nüfuzlu jurnalistlər də  Jorc Sorosun Açıq Cəmiyyət institundan bir başa və ya dolayısı ilə maliyyə alanlar siyahısındadır.

Bloomberg News-un həmtəsisçisi Metyu Vinkler və CNN-nin nüfuzlu  spikeri Kristian Amanpur ,  NBC Nightly News aparıcısı Lester Holt və Washington Post-un icraçı redaktoru Sally Busby da daxil olmaqla, Sorosun pulları ilə əlaqəli ən azı 54 müstəqil hesab olunan nüfuzlu media xadimləri də bu siyahıdadırlar.

Təkcə qlobal səviyyədə fikir formalaşmasında aktiv iştirak edən media və similar deyil ,  regional media rəhbərləri və simaları Sorosun  maliyyə mexanizmlərindən qidalanıblar.

Maliyyənin ötürülməsi sxemlərində isə Sorosun Açıq Cəmiyyət fondunun donor kimi çıxış etdiyi bir sıra journalist hüquq müdafiə təşkilatlarının adı keçir.

Məsələn, onlardan Azərbaycan siyasət izləyicilərinə yaxşı tanış olan Jurnalistlərin Müdafiə Komitəsi CPJ-dir.

Bir çox media təmsilçilərinə maliyyə çatdırılması  sxemində  Sorosa və ona bağlı qruplardan  2,7 milyon dollar ianə alan Jurnalistlərin Müdafiə Komitəsi – CPJ  bu şəbəkədə vacib iştirakçı olub.

Jurnalistlərin Müdafiə Komitəsi CPJ təşkilatının  İdarə Heyyətinin üzvləri olan Winkler Holt, Buzzby və Amanpour maliyyə almaqla paralel  bu şəbəkənin genişlənməsində xüsusi rol oynamışlar.

Təcüblü deyil ki, Jurnalistlərin Müdafiə Komitəsi - CPJ-nin idarə heyətinin üzvü olan bu nüfuzlu media similar , öz xəbərlər və verlişlərində  Jorc Sorosu həm bir başa, həm də dolayı müdafiəsinin təşkil edənlərdir.

Araşdırmada maliyyə sxemində diğər bir ad  Henry Crown təqaüdünun təsisçisi  Aspen İnstitutunun adı keçir. Aspen İnstitutu NBCUniversal News Group-un baş direktoru və  NBC-nin baş direktoruna maliyyə ötürülməsində iştirak edir.

Aspen İnstitutunun iştirak etdiyi  sxem üzrə ötürülən maliyyənin miqdarı 1,1 milyon dollardan  çoxdur.

Məhz 2016-2020-ci illər arasında “Acıq Cəmiyyət” fondu Aspen İnstitutuna  bu qədər ianə köçürüb.

_108646586_soros2011_getty976549.jpg (24 KB)

“Açıq Cəmiyyət” fondundan faydalananların sırasında  “The Marshall Project” və “ProPublica” xəbər təsisatları görkəmli yer tutur. Məhz xəbər industriyaçısı kimi hər iki xəbər istehsalçısının   hər birinə 1,2 milyon dollardan çox ianə ötürülüb.

Araşdırmada  “Milli İctimai Radio” və “PolitiFact” siyasi araşdırmalar mərkəzinin fəaliyyətinin bir hissəsi də Sorosun maliyyəsinin ötürülməsində iştirak edən qrupların adı keçir. .

Dünyada yüz milyonlarla insan illərlə  bu şəbəkənin diqtə etdiyi mövzular üzərindən propoqanda və dezinformasiyalara məruz qalıblar.

Soros media şəbəkəsinin əhatə dairəsi çox genişdir və onlar medianın əksər formatlarında fəaliyyət göstərirlər : radio, çap, televiziya, istintaq agentlikləri, guya müstəqil media, bloqlar və s.

Onun tələblərini yerinə yetirən fəal qrupları maliyyələşdirməklə paralel Soros mediadan bir başqa təsir vasitəsi kimi də istifadə edir.

Məsələn, bu təbliğat şəbəkəsinin  fəalları istinad üçün bir mövqe sərgiləyir, şəbəkənin diğər hissəsi  isə bu hekayəni təkrarlayaraq “reallığa” çevrilir və beləliklə psevdo reallıq formalaşdırılır.

Heç nədən xəbəri olmaqan kütlə isə bu psevdoreallıqda  özlərindən xəbərsiz  təbliğat alətinə çevrilirlər.

Araşdırmada bir şok edici məlumat da , pandemiya dövründə , ABŞ hökümətinin dərc etdiyi sənədlərdə  Jorc Sorosun 2021-ci ildə COVID-19 pandemiyasının qurbanı kimi ABŞ hökumətindən 1200 dollar yardım alması faktıdır.

Dünyanın dörd bir yerində siyasi və media infrastrukturlarının qurulmasına milyardlar xərcləyən Soros , Abş dövlətinin öz kasıb amerikalı vətəndaşı üçün nəzərdə tutduğu sosial yardım paketinə göz dikib…

Yeganə Hacıyeva,
Musavat.com üçün

166158846418979345926309d3f05218.jpg (39 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR