İnsanlara hürriyət, millətlərə istiqlal!

"Son illər insanların öz hüquqlarının qoruması yönündə fəallığı artıb"- Zahid Oruc

"Təhlillər göstərir ki, son illər  insanların öz hüquqlarının qoruması yönündə fəallığı artıb".

Musavat.com bildirir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc qurumun keçirdiyi "Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi" analitik hesabatın təqdimatında deyib.

Zahid Oruc qeyd edib ki, aparılan sorğulardan məlum olub ki, azərbaycanlılar ən çox sosial hüquqlara önəm verirlər. Daha sonra isə ictimai-siyasi hüquqlar ondan sonra gəlir:

"Halbuki müəyyən platformalarda tam əks mənzərə canlandırılır.  Rəqəmsal texnologiyaların idarəçiliyin ayrılmaz hissəsinə çevrilməsi, qaynar xətlərin və vətəndaşların elektron müraciətlərinə baxılmasının keyfiyyətini qiymətləndirməyə imkan verir. Lakin məmur və vətəndaşlar arasında canlı ünsiyyəti heç nə əvəz edə bilməz. Dövlət orqanlarına daxil olan şikayətlər reallığı görməyə imkan verir-hansı kommunikasiya kanalı necə işləyir-məktublarla müraciətlərin, elektron ünsiyyətin, yaxud birbaşa görüşlərin effektivliyini, nazirlik və ya nazirlərin gerçək işini qiymətləndirməyə imkan verir.

Ona görə də tədqiqatla tanış olduqda görəcəksiniz ki, bir orqana aid məlumatları digər qurumun əldə etməsinə qoyulan məhdudiyyətlər nəticəsində “vahid pəncərə”dən xidmət təşkil edən orqan xidməti tam elektronlaşdıra bilmir. Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının mövcud olmasına baxmayaraq, elektron imza sertifikatları aktivləşdirilməyib.

Ona görə də Dövlət Xidmətləri Portalında mütəmadi olaraq yenilənmələr aparılması, ayrı-ayrı dövlət orqanlarının rəsmi veb səhifələri ilə Dövlət Xidmətləri Portalı arasındakı fərqlərin, uyğunsuzluqların aradan qaldırılması məqsədəuyğun  olar. Əhalinin xidmətlərə, xüsusən də elektron xidmətlərə asan çıxışına mane olan amillərin aradan qaldırılması vacibdir.

İndi ölkəmizin qarşısında ən mühüm vəzifə azad torpaqlarda bir dövlət olaraq, necə davranacağımız, qaydalar və qanunlara necə əməl edəcəyimiz təkcə yeni Qarabağın quruculuğu üçün deyil, bütövlükdə Azərbaycanın gələcək inkişaf modelinə çevrilə bilər. Dövlətimizin xalqa xidməti elə dövlətin özünə müqəddəs xidmətdir".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR