İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Zelenski istədiyini əldə etdi - RƏSMƏN AÇIQLADILAR

Pentaqon ABŞ istehsalı olan 4 Avenger hava hücumundan müdafiə sisteminin mülki ərazilər üçün qoruyucu şəbəkə yaratmaq məqsədilə Ukraynaya göndərildiyini açıqlayıb.

Musavat.com “Washington Post”a istinadən xəbər verir ki, Ukraynaya 400 milyon dollarlıq hərbi yardım çərçivəsində ABŞ ordusunun inventarından göndərilən bu sistemlər qısamənzilli hava hücumundan müdafiə sistemləri kimi tanınır.

Humvee avtomobilinə quraşdırılmış Avenger infraqırmızı kamera, optik nişangah, lazer məsafəölçənlə təchiz edilib və 8 km-ə qədər hədəf ala bilir.

Yüksək tutumlu hava hücumundan müdafiə sistemləri Vaşinqtondakı Ağ Evi qorumaq üçün istifadə olunan sistemlərə bənzəyir.

Məlumata görə, Ukraynaya bu yardım Amerikanın hava hücumundan müdafiə imkanlarının azalması ilə bağlı narahatlıqlarını ifadə edən ABŞ müdafiə ekspertləri arasında mübahisələrə səbəb olub.

Qeyd edək ki, Rusiya hava hücumları indiyədək Ukrayna üçün həyati əhəmiyyət kəsb edən obyektlərin üçdə birini məhv edib. Ukrayna infrastrukturunun bir aydan çoxdur ki, ağır hücumlara məruz qaldığını bildirən prezident Volodomir Zelenski hər fürsətdə Qərb müttəfiqlərindən hava hücumundan müdafiə sistemi tələb edir.

Pentaqonun sözçüsü Sabrina Sinq Avenger sistemlərinin çatdırılması ilə bağlı verdiyi açıqlamada bildirib ki, hava hücumundan müdafiə sistemi Ukraynaya kritik infrastrukturu qorumaq imkanı verəcək.

ABŞ-ın 400 milyon dollarlıq paketinə daxil olan hərbi yardımlar belədir:

-HAWK hava hücumundan müdafiə sistemləri üçün raketlər

-4 Avenger Hava Hücumundan Müdafiə Sistemi

-192 Stinger raketləri

-Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə sursat

-21 min 155 mm-lik artilleriya mərmisi

-500 dəqiq idarə olunan 155 mm-lik artilleriya mərmisi

-10 min 120 mm minaatan mərmiləri

-100 Yüksək Hərəkətli Çox Məqsədli Təkərli Avtomobil (HMMWV)

-400 qumbaraatan

-Kiçik silahlar, durbin və 20 milyon atıcı silah sursatı

- Söküntü avadanlığı və soyuq hava üçün geyim.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR