İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yaxın müttəfiqi də Rusiyanı tək qoyur- ŞOK BƏYANAT

Çindən Rusiya-Ukrayna müharibəsi ilə bağlı maraqlı açıqlama gəlib.

Musavat.com Britaniyanın "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, yüksək çinli məmur Pekinin Rusiyanın Ukraynadakı hərbi uğursuzluqları haqqında danışıb.

Sözügedən şəxs Rusiyanın Ukraynadakı ehtiyatsız davranışından “narahat olduğunu” və “utandığını” bildirib.

Bu fikirlərin kimə məxsus olduğu açıqlanmır. Lakin bəyanat Kambocanın Pnompen şəhərində keçirilən sammitdə səsləndiyi üçün ağıla ilk olaraq Çinin Baş nazir Li Keqiang gəlir.

Bu açıqlama Pekinin Moskvaya müharibəyə verdiyi dəstəyi geri çəkəcəyinə dair ilk işarə kimi şərh edilir.

Qeyd edək ki, Rusiya qoşunlarının Ukraynanın Xerson şəhərindən geri çəkilməsi Moskvanın ən böyük uğursuzluğu, Kiyevin isə ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilir. Lakin bəzi analitiklər bunu Rusiyanın Ukraynaya tələ qurması ehtimalını da istisna etmirlər.

Nigar Cəfərli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR