İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Xalq artisti Fidan Qafarov VƏFAT ETDİ - FOTO

Rusiya, Başqırdıstan və Tatarıstanın xalq artisti, müğənni və aktyor Fidan Qafarov 78 yaşında vəfat edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın rəhbəri Radiy Xabirov "Telegram" kanalında məlumat verib.

"Fidan Safiç hər zaman bizim həyatımızda olub. Bugün mənim üçün və bütün respublika üçün böyük itki oldu. Fidan Safiç getdi. Böyük insan - Rusiya, Başqırdıstan və Tatarıstanın Xalq Artisti", - Xabirov yazıb.

Qeyd edək ki, Fidan Qafarov 1947-ci il oktyabrın 12-də Başqırdıstan MSSR, Dyurtyulinski rayonunun Novourtaevo kəndində anadan olub. 1966-cı ildə Ufa İncəsənət Texnikumunu bitirib. M. Qafuri adına Başqırdıstan Akademik Dram Teatrının aktyoru olub. 1980-ci ildə "Qızıl Atlı" adlı filmdə Altynduqi rolunu oynayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR