İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ukraynaya PİS XƏBƏR - Bayden açıqladı

ABŞ prezidenti Co Bayden Ukraynanın hazırda F-16 döyüş təyyarələrinə ehtiyac duymadığını bildirib

ABŞ prezidenti Co Bayden Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümü çərçivəsində "ABC News"a müsahibə verib.

Musavat.com xəbər verir ki, Bayden Rusiyanın yazda gözlənilən hücumuna qarşı Ukraynanın tələb etdiyi F-16 döyüş təyyarələrinin “hələlik” verilməyəcəyini bildirib.

Jurnalist David Muirin “Ukraynanın F-16-lara ehtiyacı olmadığını düşünürsünüz, eləmi?” sualını Bayden belə cavablandırıb:

“Xeyr, F-16-lara ehtiyacı yoxdur. Ukraynanın müdafiə üçün gələcəkdə nəyə ehtiyac duyacağını dəqiq deyə bilmərik. Ordumuza görə, hazırda F-16-ların göndərilməsi üçün heç bir səbəb yoxdur. Hələlik bunu rədd edirəm. Ordumuzun Ukraynaya lazım olduğunu düşündüyü şeyi Ukraynaya göndəririk. Kiyevə tanklar, artilleriya, hava hücumundan müdafiə vasitələri, o cümlədən HIMARS reaktiv yaylım atəşi sistemi lazımdır. Biz onları Ukraynaya göndəririk ki, qazanc əldə edə bilsin".

Xatırladaq ki, Bayden yanvar ayında jurnalistlərə verdiyi açıqlamada F-16-ları Ukraynaya göndərməyəcəyini bildirərək bu tələbi rədd etmişdi. Bununla belə, ABŞ rəsmiləri, o cümlədən Ukrayna prezidenti Zelenski və ABŞ dövlət katibi Antoni Blinken bu məsələnin hələ də müzakirəyə açıq olduğunu bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR