İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ukrayna rəsmən ELAN ETDİ: Artıq bu addım atılıb

 

İtirilmiş torpaqları geri almaq üçün hücuma başlayan Ukrayna ordusu irəliləyişini davam etdirir, rus əsgərlərinin bəzi bölgələrdən geri çəkildiyi ilə bağlı xəbərlər gəlir.

Musavat.com xəbər verir ki, Rusiyanın işğalı altında olan Luqansk vilayətinin rəhbəri Sergey Qayday fövqəladə inkişafı açıqlayıb.

"Luqansk vilayətinin işğaldan azad edilməsi üçün addım atılıb. Bir neçə yaşayış məntəqəsi Rusiya ordusundan təmizlənib, indi bu ərazilərdə Ukrayna bayrağı dalğalanır" - o bildirib.

Kremlin sözçüsü Dmitri Peskov "son dəqiqə" açıqlamasında Ukraynanın bəzi bölgələrindəki rus əsgərlərinin geri çəkilməsinin ilhaq planlarını dəyişmədiyini bildirib.

"Bəzi yerlərdən çəkilmişik, amma bu ərazilər Rusiya torpağıdır. Bu torpaqları geri alacağıq və o, əbədi olaraq Rusiyaya məxsus olacaq”.

Bundan başqa, Peskov ABŞ-ın son açıqlamasının “son dərəcə təhlükəli” olduğunu deyib:

“ABŞ-ın Krıma hücum etmək üçün Ukraynaya silah verməsi bu ölkənin münaqişəyə qarışdığının sübutudur”.

Nigar Cəfərli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR