Onlayn ictimai-siyasi qəzet
Ukrayna hərbçiləri Rusiya mövqelərinə atəşi dayandırmaq əmri alıb. Bu, Rusiya prezidenti Vladimir Putinin elan etdiyi “Pasxa atəşkəsi”nin başlamasından bir neçə dəqiqə sonra baş verib.
Musavat.com xəbər verir ki, məlumatı BBC-yə yüksək rütbəli ukraynalı zabit açıqlayıb.
Jurnalistlərin mənbəsinin bildirdiyinə görə, Müdafiə Qüvvələrinin bölmələri Rusiya tərəfinin atəşkəs rejimini pozması ilə bağlı foto və videoçəkilişlərin aparılması üçün göstərişlər alıb. Lazım gələrsə, cavab olaraq atəş açılacaq.
Zabit atəşkəs elanının "hamını təəccübləndirdiyini" deyib. Üstəlik, çoxu atəşkəs istəsə də, “bunun nə ilə nəticələnəcəyi ilə bağlı cəbhədə hələ də çaşqınlıq var”.
Musavat.com
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ