İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ukrayna ordusu növbəti 72 saat ərzində...

Ukrayna qoşunlarının yaxın 72 saat ərzində Donetsk vilayətinin Liman qəsəbəsini tamamilə mühasirəyə ala və ya tam ələ keçirə bilər.

Musavat.com xaric agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) məlumat yayıb.

ISW qondarma "DXR" rəsmilərinə və Rusiyanın müharibə müxbirlərinə istinadən rus qoşunlarının hələ də Limana nəzarət etdiyini, lakin Drobışev və Yampoldakı mövqelərindən geri çəkildiyini yazıb (Prezident Vladimir Zelenski artıq Yampolun azad olunduğunu təsdiqləyib).

ISW-nin istinad etdiyi rus mənbələri Rusiya ordusunun hələ də Limandan Torskoyeyə gedən bir yola nəzarət etdiyini, Ukrayna qüvvələrinin isə Stavok bölgəsində Drobışevo-Torskoye yolunu bağladığını xəbər edib.

Bu mənbələr həmçinin Limanın şimal-şərqindəki Svatovo-Torskoye şossesi boyunca Ukrayna kəşfiyyat və diversiya qruplarının Jerebets çayını keçdikdən sonra fəallığını artırdığını vurulayırlar. Məkanla bağlı çəkilmiş kadrlarda Ukrayna artilleriyasının Torskoye bölgəsində geri çəkilən Rusiya qüvvələrinə zərbə endirdiyi də görünür.

Sentyabrın 30-da Ukrayna qüvvələri Luqansk vilayətində Rusiya hərbi obyektlərinə zərbələr endirməkdə davam edib. Ukraynanın HIMARS-ları Starobilskdə televiziya qülləsinə, habelə rus qoşunlarının yerləşdiyi Alçevsk yaxınlığındakı asfalt zavodunu dağıdıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR