İnsanlara hürriyət, millətlərə istiqlal!

Conson və Putin müharibədən 1 ay əvvəl nə danışıblar? – Memuardan bir parça...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putini Ukraynanın “yaxın gələcəkdə” NATO-ya üzv olmayacağına inandırmağa çalışıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, B.Conson bu barədə öz xatirələrində yazıb və qeyd edib ki, onların arasında bu söhbət 2022-ci il yanvarın sonunda, Rusiyanın Ukraynaya hücumundan bir ay əvvəl telefon danışığı zamanı olub.

Kitabda Conson xatırladır ki, Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə yerləşdirilməsinin yolverilməzliyi ilə bağlı söylədiyi fikirlərə cavab olaraq Putin cavab verib ki, Ukraynanın Qərb hərbi blokuna qoşula biləcəyi təhlükəsinə görə Moskvanın buna qanuni hüququ var.

“Mən əsəbiləşdim. Bəli, doğrudur, NATO soyuq müharibə başa çatdıqdan sonra genişləndi... Bəs Ukrayna? NATO-ya? İndi? Şəxsən mən bunun yaxşı və məntiqli fikir olduğunu düşünürdüm, lakin Putin mənim qədər yaxşı bilirdi ki, Ukraynanın NATO-ya üzv olmaq şansı yoxdur, ən azı çox uzun müddət lazımdır. Mən ona dedim ki, bütün bunlar tamamilə qeyri-realdır”, - kitabda deyilir.

Daha əvvəl məlum olmuşdu ki, Rusiya üçün xüsusi hərbi əməliyyat ərəfəsində bəzi alman siyasətçiləri iqtisadi problemlərdən qaçmaq üçün “Ukraynanı qurban verməyi” təklif ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR