Onlayn ictimai-siyasi qəzet
Krakovdan Parisə uçan sərnişin təyyarəni partlatmaqla hədələyib.
Bu barədə Polşa Sərhəd Xidmətinin Karpat bölməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə oktyabrın 14-də axşam saatlarında baş verib. Təyyarə havaya qalxdıqdan sonra 34 yaşlı sərnişin digərinə hücum edib, təyyarəni partlatmaqla hədələyib. Təhlükəsizlik üçün kapitan reysi dayandırmaq qərarına gəlib və Krakov hava limanına eniş edib.
Saxlanılan sərnişin təyyarədə davranış və təhlükəsizlik qaydalarını pozmaqda ittiham olunur.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ