İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Türkiyədəki seçkilərlə bağlı vacib açıqlama - RƏSMİ

Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyədə keçiriləcək seçkilər barədə vacib açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, mayın 14-də keçirilməsi planlaşdırılan seçkilərin təxirə salınması gündəlikdə deyil.

Fəxrəddin Altunun sözlərinə görə, hazırda əsas məsələ zəlzələnin təsirlərinin aradan qaldırılmasıdır: “Dövlət – millət vəhdəti nəticəsində problemlərimizi həll edəcəyik”. 

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 44 218 nəfərə çatıb, 100 mindən çox insan yaralanıb.

Milyonlarla insana təsir edən zəlzələ ilə əlaqədər seçkilərin vaxtının təxirə salınacağı iddia edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR