Onlayn ictimai-siyasi qəzet
6 fevral Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra qorxulu bir xəbər də Egey dənizindən gəlib.
Musavat.com xəbər verir ki, Fövqəladə Hallar İdarəsinin (AFAD) məlumatına görə, Muğlanın Bodrum ilçəsində 4,7 bal gücündə zəlzələ olub.
Zəlzələ yerli vaxtla saat 10:22-də qeydə alınıb.
6,64 kilometr dərinlikdə qeydə alınan yeraltı təkanlar ətraf vilayətlərdə də böyük təşvişə səbəb olub.
Musavat.com
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ