İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksika Trampın rüsumlarına qarşı “B planını” işə salır- Dünyada gərginlik

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı tətbiq etdiyi 25%-lik gömrük rüsumlarına cavab olaraq oxşar və əlavə tədbirlər görəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşım edərək Meksikanın maraqlarını qorumaq üçün yeni tarif və qeyri-tarif tədbirlərinin nəzərdə tutulduğunu bildirib.

“İqtisadiyyat nazirinə bizim üzərində işlədiyimiz "B planını" həyata keçirməyi tapşırıram. Bu plan tarif və qeyri-tarif tədbirlərini əhatə edir və Meksikanın maraqlarını qorumağa yönəlib. Heç nə güc yolu ilə deyil; hər şey ağılla və hüquq çərçivəsində həll olunmalıdır”, – deyə Şeynbaum vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR