İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada hotellərdən birində kütləvi zəhərlənmə baş verib

İstintaq Komitəsi Moskvanın Kapotnya rayonunda mehmanxanada uşaqların zəhərlənməsi ilə bağlı cinayət işi açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Cənub-Şərq İnzibati Dairəsi üzrə İstintaq İdarəsinin Lyublinski rayonlararası istintaq şöbəsi Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə cinayət işi açıb", - məlumatda bildirilib.

İlkin ehtimala görə, fevralın 1-də Moskvanın 2-ci Kvartal Kapotnya küçəsindəki hoteldə uşaqlar qida zəhərlənməsi əlamətləri ilə həkimə müraciət ediblər.

Altı azyaşlı paytaxtdakı tibb müəssisələrindən birinə aparılıb.

Hazırda müstəntiqlər hadisə yerində araşdırma aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR