İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin-Tramp görüşü ilə bağlı TƏCİLİ İDDİA – Rusiyanın əsas məqsədi budur...

Vladimir Putinin Donald Trampla Ukrayna nümayəndələrinin iştirakı olmadan keçiriləcək görüşü Rusiyanın dünya səhnəsində supergüc statusunu möhkəmləndirə bilər.

Musavat.com xəbər verir ki, bu iddia ilə "The Hill" qəzeti çıxış edib.

Nəşr Putinin Trampın Ukrayna ilə bağlı saziş bağlamaq istəyini "hətta Ukraynanın suverenliyi və təhlükəsizliyi bahasına olsa belə, Rusiya üçün əlverişli şərait əldə etmək imkanı" kimi qiymətləndirir.

Məqalə müəllifləri iddia edirlər ki, Rusiya hakimiyyəti fövqəldövlət kimi öz mövqeyini gücləndirmək üçün Ukraynanın iştirakı olmadan ABŞ lideri ilə birbaşa görüşə can atır.

Putin daha əvvəl qeyd edib ki, Moskva müharibə ilə bağlı ABŞ-ın yeni administrasiyasıyla dialoqa açıqdır. O bildirib ki, ən vacib məsələ isə böhranın əsas səbəblərini aradan qaldırmaqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR