İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin ABŞ-ın rüsumlarına qarşı hərəkətə keçdi

Çin ABŞ-ın ticarət tariflərinə qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) rəsmi şikayət edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Çin Dövlət İnformasiya Agentliyi “Sinhua” məlumat yayıb.

“ABŞ-ın birtərəfli qaydada tariflər tətbiq etməsi ÜTT qaydalarını ciddi şəkildə pozur. Çin ÜTT-yə müraciət edəcək və öz hüquq və maraqlarını qəti şəkildə qorumaq üçün müvafiq əks tədbirlər görəcək”, – xəbərdə bildirilir.

Bundan əlavə, Çin Ticarət Nazirliyi problemlərin həllinin bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalı olduğunu vurğulayıb.

Çin Xarici İşlər Nazirliyi isə ticarət və tarif mübahisələrində heç bir tərəfin qalib gələ bilməyəcəyini qeyd edib: “Çinin mövqeyi aydın və dəyişməzdir. Ticarət və tarif münaqişələrində qalib yoxdur”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR