İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: General və köməkçisi HƏLAK OLDU - VİDEO

Moskvada Rusiya generalı və köməkçisi partlayışda həlak olub.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayıb.

"Baza"nın məlumatına görə, partlayış Moskvanın Ryazanski prospektində baş verib. Bildirilir ki, partlayışın təsirindən yaxınlıqdakı mənzillərin pəncərələri sınıb. Hadisə yerinə operativ xidmətlər cəlb olunub. Nəticədə iki nəfər həlak olub.

Bir müddət sonra sosial şəbəkələrdə ölən şəxslərin kimliyi barədə məlumat yayılıb. "Baza" teleqram kanalının verdiyi məlumata görə, partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həyatını itirib. Hələlik generalın adı açıqlanmayıb.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib. SHOT teleqram kanalı da partlayış nəticəsində iki hərbçinin öldüyünü təsdiqləyib. Kanalın məlumatına görə, partlayıcı qurğu elektrik skuterinin tutacağına bağlanıb və uzaqdan idarə olunub.

SHOT-un verdiyi məlumata əsasən, partlayış o qədər güclü olub ki, yaxınlıqdakı binanın birinci və üçüncü mərtəbələri arasında pəncərələr sınıb, üç avtomobil isə zərər görüb.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR