İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Putin Meloniyə ilk zərbəni vurdu - Bu ölkənin qazı tamamilə kəsildi

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə başlayan enerji böhranı Avropaya dərindən təsir göstərməkdə davam edir.

Musavat.com "Daily Mail"ə istinadən xəbər verir ki, təbii qazdan silah kimi istifadə edən Rusiyadan diqqətçəkən addım gəlib. Moskva texniki problemləri bəhanə edərək bir ölkənin qazını kəsib.

İtaliya Rusiyanın dövlət enerji şirkəti "Qazprom"un ölkəyə qaz tədarükünü dayandırdığını açıqlayıb.

Ölkənin enerji şirkəti "Eni" "Qazprom"un onlara texniki problem barədə məlumat verdiyini və bunun ən tez bazar ertəsi həll ediləcəyini açıqlayıb.

“PUTİN İLK ZƏRBƏNİ VURDU”

Bu addımın Corciya Meloninin Ukraynanı dəstəklədiyini elan etməsindən qısa müddət sonra atılması diqqətdən qaçmayıb.

"Daily Mail" hadisəni oxucularına “Putin Corciya Meloniyə ilk zərbəsini sağçı liderin Ukraynaya dəstək verməsindən bir neçə gün sonra İtaliyaya qaz nəqlini tamamilə kəsərək vurdu” başlığı ilə təqdim edib.

Seçkilərdə qələbə qazandıqdan sonra İtaliyanın yeni baş naziri ola biləcək Corciya Meloni deyib: "Putin bütün Avropa qitəsinin təhlükəsizliyini təhdid edir. Ukraynanın dörd bölgəsinin ilhaqının hüquqi və siyasi dəyəri yoxdur".

PUTİNİN SİYAHISINDA HANSI ÖLKƏLƏR VAR?

Qeyd edək ki, ötən ay Putinin imzaladığı fərmanla "dost olmayan ölkələr"in siyahısı rəsmiləşib.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR