Onlayn ictimai-siyasi qəzet
“Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti fərman imzalayıb.
“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən isə “ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi yaradılacaq.
“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlər həyata keçiriləcək.
Bu fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabineti tapşırılıb.
09 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ