Onlayn ictimai-siyasi qəzet
Prezident Məsud Pezeşkian İranın dialoqa sadiqliyini təkrarlayıb, lakin ABŞ-nin də danışıqlarda həqiqi niyyət nümayiş etdirməli olduğunu söyləyib.
Musavat.com xəbər verir ki, bu barədə İRNA agentliyinin ingilis dili redaksiyası məlumat yayıb.
Qeyd olunub ki, prezident İranın danışıqlara inansa da, “nəyin bahasına olursa-olsun” danışıqlara qoşulmayacağını bildirib.
“Biz müharibə, gərginlik və ya nüvə silahı axtarmırıq. Biz danışıqlara can atırıq. Bununla belə, amerikalılar həqiqətən danışıqlara getdiklərini sübut etməlidirlər”, - Məsud Pezeşkian deyib.
O qeyd edib ki, İranın nüvə imkanlarından “qeyri-dinc” məqsədlər üçün istifadə etməmək öhdəliyi sadəcə siyasi bəyannamə deyil, onun kökündə İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin verdiyi fitva (dini fərman) dayanır.
İranın nüvə doktrinası Ayətullah Xameneinin nüvə silahının istehsalını, saxlanmasını və yığılmasını qadağan edən fətvasına əsaslanır.
ABŞ prezidenti Donald Tramp birinci müddətində birtərəfli qaydada imtina etdiyi sazişin yerinə yeni sazişin imzalanması üçün İranla birbaşa danışıqlara çağırıb. Bununla belə, o, razılaşma əldə olunmasa, İranı bombalayacağı ilə hədələyib.
Tehran təhdid və təzyiq altında Vaşinqtonla birbaşa danışıqları istisna etsə də, dolayısı danışıqlar üçün qapını açıq qoyub.
Nigar HƏSƏNLİ,
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ