İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi - TERROR İTTİHAMI İLƏ!

İlk yayımlanma saatı: 28.07.2024 (22:09)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı dəfələrlə təxribata, aksiyaya çağıran şəxs terror ittihamı ilə həbs olunub.

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın ən tanınmış sağçı fəallarından olan Tommi Robinson terror ittihamı ilə saxlanılıb barəsində istintaq aparılır.

Saytımız araşdırıb ki, bu barədə müvafiq məlumat onun “X” sosial şəbəkəsindən yayılıb. Məlumatdan aydın olur ki, o, terrorla mübarizə qanunlarına əsasən həbs edilib.

Qeyd edək ki, Tommi Robinson dəfələrlə Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı təxribata çağırışlar edib. Tommi Robinson bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin Holland Park ərazisində yerləşən Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb. Həmin qrupun iyulun 20-də keçirdiyi ikinci aksiyada isə “islamçı Azərbaycan tərəfindən xristian ermənilərin soyqırımına qarşı dünya xristianlarını birləşməyə” çağırılıb.

Musavat.com bu xəbərin içərisinə tanış olmaq üçün xatırladıcı link də yerləşdirir.

https://musavat.com/news/londondaki-sefirliyimiz-yene-hedefde-alindi-bu-defe-irqciler-islamofoblar-video-foto_1072723.html

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR