İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Krım uğrunda döyüş BAŞLAYIR: Qərb razılaşdı, bu silahı göndərir – polkovniklə CANLIda

Qərb Ukrayna Silahlı Qüvvələrinə (AFU) Krım körpüsünə hücuma kömək etmək niyyətindədir. Bunu “The Hill” nəşri qeyd edib. “Qərbin Qara dənizdə növbəti addımı Kiyevə Krımı vurmaqda kömək etmək və Rusiyanın Ukraynanın cənubunda fəaliyyət göstərən qoşunlara gedən yolunu kəsməkdir”, -materialda qeyd olunur.

Nəşr Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən yazır ki, “Taurus” qanadlı raketləri bu məqsədə çatmağa kömək edə biləcək yeganə Qərb silahıdır.

Bundan əvvəl Zelenski Krım uğrunda döyüşü 2024-cü ildə Rusiya Federasiyası ilə münaqişənin mərkəzi adlandırıb. O, bölgədən hücumları azaltmaq üçün yarımadanın təcrid edilməsinin vacibliyini vurğulayıb.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert, polkovnik Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR