İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Kremldən ŞOK İTTİHAM - Terror aktında BU ÖLKƏNİN əli var

Kreml “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində baş verən hücumlarda İngiltərənin əli olması barədə iddiaları təkrarlayıb.

Musavat.com xəbər verir ki, Rusiya hücumların Böyük Britaniya tərəfindən koordinasiya edildiyini bildirir.

Rəsmi məlumata görə, kəmərlərin təmiri ilə bağlı hələ qərar qəbul edilməyib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi 2 gün əvvəl verdiyi açıqlamada da boru xəttinə hücumların Britaniya donanmasının personalı tərəfindən həyata keçirildiyini iddia edib.

Rusiya MN sözçüsü Mariya Zaxarova Rusiyanın bu hadisəni Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının gündəminə gətirəcəyini bəyan edib: "Qara dəniz və Baltik dənizində Rusiya Federasiyasına qarşı silsilə terror hücumlarına və bu hadisədə İngiltərənin əli olduğuna diqqət çəkmək istəyirik".

Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın bu iddiasından sonra bəyanat yayaraq bildirib ki, Moskva Ukraynanın qeyri-qanuni işğalına müdaxilənin qarşısını almağa çalışır:

"Rusiya Müdafiə Nazirliyi yalan iddialar irəli sürür. Bu uydurma hekayə Qərbdən daha çox Rusiya hökuməti daxilində davam edən gərginlikdən xəbər verir".

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR