Onlayn ictimai-siyasi qəzet
İran raket birləşmələrinin taktiki yerdəyişməsinə və orduda genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Rəsmi Tehranın bu addımı HAMAS lideri İsmail Haniyə və “Hizbullah”ın yüksək rütbəli rəsmisi Fuad Şükrün qətlinə görə qisas almaq məqsədilə atdığı bildirilib. Yazıda bildirilir ki, ABŞ Administrasiyası da “Hizbullah”ın da cəlb olunacağı mümkün hücuma qarşı cavab tədbirlərini nəzərdən keçirir.
ABŞ prezidenti Co Baydenə gəlincə, o vəziyyət gərginləşərsə regiona “F-22” qırıcıları və xüsusi aviasiya qruplarını göndərməklə bağlı qərar verib.
Qeyd edək ki, ABŞ kəşfiyyatından sızan xəbərlərə görə, hazırda gizli kanallar vasitəsilə İranın İsrailə hücumu edəcəyi tarix dəqiqləşdirilir.//APA
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ