İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Paşinyana qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR

Ermənistan parlamentində müxalif “Şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana etimadsızlıq barədə bəyanat layihəsi təqdim edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, fraksiyanın sənədində hökumətin “effektiv idarəçilik qabiliyyətini itirdiyi” və ölkəni “ümummilli böhrana gətirib çıxardığı” iddia olunur.

Revanşist müxalifət Paşinyanı Qarabağ məsələsində “nəticələri sıfırlamaqda”, Azərbaycanın ərazi bütövlüyünü tanımaqda və Ermənistandakı təhlükəsizlik sistemini zəiflətməkdə günahlandırır. Onlar həmçinin hökuməti demokratik institutları dağıtmaqda, siyasi opponentlərə təzyiq göstərməkdə və korrupsiya ilə mübarizəni imitasiya etməkdə ittiham edirlər.

Bəyanatda ölkənin sosial-iqtisadi vəziyyətinin pisləşdiyi, yoxsulluğun və miqrasiyanın artdığı qeyd olunur.

Fraksiya Paşinyanın “legitimliyini itirdiyini” iddia edərək, çıxış yolunu baş nazirə etimadsızlıq səsverməsində, daha sonra isə “keçid dövrü milli birlik hökuməti”nin formalaşdırılmasında gördüyünü bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR